Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:15

-

Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində beynəlxalq konvensiyalarla istifadəsi qadağan olunmuş kimyəvi tərkibli (ağ fosforlu) partlamamış hərbi sursat aşkarlandığı bildirilir.

APA bu xəbəri Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mayın 10-da Tərtər, Füzuli, Ağcabədi və Goranboy rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatına istinadən yayıb.

Hesabata əsasən, mayın 10-da 4 ev və həyətyanı sahə daxil olmaqla 12 partlayış yerinə baxış keçirilib. 2 partlamamış hərbi sursat tapılıb. Biri 122 mm-lik (ağ fosforlu), o biri isə 152 mm-lik top mərmisi. Ağ fosforlu mərmi Tərtər rayonunun Əskipara kəndi ərazisində, digər mərmi isə rayonun Qarağacı kəndi ərazisində aşkarlanıb.

Ümumilikdə agentlik bu il aprelin 7-dən mayın 10-na kimi 1419 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina (PMN), 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina zərərsizləşdirdiyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG