Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:02

120-dən artıq yazıçı Misir prezidentinə məktub yazıb


Misirdə Abdel Fattah al-Sisi rejiminə qarşı aksiya
Misirdə Abdel Fattah al-Sisi rejiminə qarşı aksiya

-

Philip Roth
Philip Roth

Dünyanın 120-dən artıq tanınmış yazıçısı, rejissor və rəssamlar Misir prezidentinə yazdıqları müraciətdə yazıçı, jurnalist Ahmed Naji'nin azadlığa buraxılmasını tələb edirlər.

O, "seksual məzmunlu roman yazdığına görə" həbs edilib.

Dave Eggers
Dave Eggers

Yazıçılar Philip Roth, Chimamanda Ngozi Adichie, Dave Eggers, Patti Smith, həmçinin rejissor Woody Allen, bəstəkar Stephen Sondheim'in adları PEN America'nın təşkil etdiyi məktubu imzalayanlar arasındadır.

Woody Allen
Woody Allen

Məktubda prezident Abdel Fatah al-Sisi'yə deyilir ki, Naji əleyhinə ittihamlar qüvvədən salınsın, Misir Cinayət Məcəlləsinin yazıçı və sənətkar azadlığını pozan 178-ci maddəsinə düzəliş edilsin; Naji həmin maddəylə bu il fevral ayında iki illik həbs edilib.

Naji'yə qarşı cinayət işi anonim bir vətəndaşın şikayət ərizəsilə başlayıb, vətəndaş Naji'nin "The Use of Life" (Həyatdan istifadə) adıyla dövlətin rəsmi mətbuatında çap etdirdiyi romanın onun "ürəyimi ağrıtdığını" yazıb.

Naji’nin Misirdəki müdafiəçiləri iddia edirlər ki, onun həbsi siyasidir, o, əslində Sisi rejiminin korrupsiyası haqda məqalələr yazdığı üçün həbs edilib.

Misirdə ötən il 23 jurnalist həbs edilib. Bugünlərdə yenə jurnalistlərə qarşı reyd həyata keçirilib. Jurnalistlərin hüquqlarını müdafiə edən qurumların yazdığına görə, Misir indi Çindən sonra jurnalistləri həbs etməsi göstəricilərinə görə ikincidir.

Ötən il Misir həm də kültür mərkəzlərini bağlayıb, Qahirənin tanınmış incəsənət qalereyalarını qıfıllayıb, bir neçə rəssamı və rejissoru həbs edib.

16 mayda Naji'yə Pen America təşkilatının "Freedom to Write" mükafatı veriləcək.

XS
SM
MD
LG