Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:14

-

İran Prezidenti Hassan Rohani deyir ki, Tehran Birləşmiş Ştatları Beynəlxalq Ədalət Məhkəməsinə verməyə hazırlaşır. ABŞ Ali Məhkəməsi İranın dondurulmuş sərvətindən 2 milyard dolların terror hücumlarının amerikalı qurbanlarına verilməsilə bağlı qərar çıxarıb.

“Yaxın gələcəkdə bu işi Haaqa məhkəməsinə verəcəyik”, Rohani mayın 10-da televiziya çıxışında deyib. “Birləşmiş Ştatların bu pulu asanlıqla həzm etməsinə icazə verməyəcəyik”.

ABŞ məhkəməsi aprelin 20-də qərar çıxarıb ki, İran dondurulmuş bank hesablarından 2 milyard dollara yaxın vəsaiti Tehranın təşkilatçılıqda ittiham olunduğu terror hücumları qurbanlarının yaxınlarına ödəməlidir.

1983-cü ildə Beyrutda, 1996-cı ildə Səudiyyə Ərəbistanında öldürülmüş amerikalıların minədək qohumu bu qərardan faydalana biləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG