Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:57

-

Mayın 12-də ABŞ-ın Dövlət katibi John Kerry Londonda bankirlərlə görüşəcək, onları əmin edəcək ki, İranla biznes qurmaq istəyərlərsə, Birləşmiş Ştatlar onların yolu üstündə durmayacaq.

Dövlət katibinin fikrincə, bəzi banklar ABŞ-ın Tehrana qarşı sanksiyalarından “bəhanə” kimi istifadə edib İranla işbirliyinə getmirlər.

“Şirkətlər iş görmək istəmirlərsə, yaxud yaxşı biznes sövdələşməsi görmürlərsə, ABŞ-ın adından istifadə etməsinlər. Bu, ədalətli, düzgün deyil”, Kerry mayın 10-da Londonda deyib.

Görüşdə Britaniyanın Barclays, HSBC, Standard Chartered kimi böyük banklarının, eləcə də digər Avropa banklarının iştirakı gözlənir.

Kerry onu da vurğulayıb ki, banklar ABŞ-ın sanksiyalar qoyduğu İran şirkətləri və fərdləri, eləcə də İran İnqilab Keşikçiləri Qvardiyasına bağlı şirkətlərlə iş görməkdən çəkinməlidirlər.

XS
SM
MD
LG