Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:30

Ermənistanın xarici işlər naziri Edward Nalbandian mayın 10-da Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi elçisi Herbert Salberi qəbul edib.

Ermənistan Xarici İşlər Nazirliyin məlumatına görə, Nalbandian ona son vaxtlar Dağlıq Qarabağda- Azərbaycan və Ermənistan qoşunlarının təmas xətdində baş verənlər barədə məlumat verib.

Herbert Salber bildirib ki, bu münaqişənin hərbi həlli yolu yoxdur və Avropa Birliyi münaqişənin sülh yolu ilə həllində ATƏT Minsk qrupunun səylərini dəstəkləyir.

Qeyd edək ki, Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Tərəflər görüş zamanı ikitərəfli münasibətləri də müzakirə ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG