Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:33

Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli və onun bitərəf qardaşı Sirac Kərimlinin Ali Məhkəmədə mayın 10-na təyin edilmiş məhkəmə prosesləri təxirə salınıb.

Proses Ali Məhkəmədə olmalı idi.

Bu barədə Azadlıq Radiosuna onların vəkili Nemət Kərimli məlumat verib. Onun bildirdiyinə görə, proses mayın 24-də keçiriləcək.

Ali Məhkəmə Kərimli qardaşlarının kassasiya şikayətinə baxacaqdı.

Fərəc və Sirac Kərimli qardaşları 2014-cü ilin iyulunda qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs ediliblər.

F.Kərimli 6,5 il, S.Kərimli isə 6 il azadlıqdan məhrum ediliblər.

S.Kərimli bu il martın 17-də əvf olunub. Bununla belə, o, bəraət hökmü çıxarılmasına nail olmağa çalışır.

Hər iki qardaş Amnesty İnternational tərəfindən “vicdan məhbusu” kimi tanınıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG