Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:32

-

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi bundan sonra cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi hallar ilə bağlı təhlillər aparacaq.

*Youtube Kanalımıza Abunə ol - Ölkədə baş verən xəbərləri burdan izlə

Eyni zamanda qabaqlayıcı tədbirlərə diqqət yetirəcək.

APA-nın xəbərinə görə, nazirlik bununla bağlı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi qaydalarına dəyişiklik edib.

Dəyişikliyə görə, idarə həmçinin, barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və hüquqi şəxslər barədə qeyri-hökumət təşkilatlarını məlumatlandırmalıdır. Qeydiyyat və notariat baş idarəsi terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması üzrə tədbirlərin həyata keçirilməsinə də nəzarət edəcək.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında yeni videoları izləməyi unutma:

Günün bütün mövzuları

XS
SM
MD
LG