Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:14

-

Ödəmə qabiliyyətinə malik əhali tibbi sığorta xərclərini özü verəcək. Müəyyən əhali qruplarına dövlət vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.

“Azərbaycan vətəndaşı olan və Azərbaycanda yaşayan hər bir şəxs icbari tibbi sığortadan yararlana biləcək ”.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin monitorinq, təhlil, informasiya texnologiyaları şöbəsinin müdiri İsa Əliyev belə deyib.

O, Modern.az-a açıqlamasında qeyd edib ki, işləyən vətəndaşa yük düşməməsindən ötrü ödənişlərin aylıq aparılması məqsədəuyğun olardı:

“Bəzi sahələrdə insanların fəaliyyəti mövsümi olduğu üçün, həmin vətəndaşlara müvafiq gəlir intervalına uyğun ödəniş etmək imkanı yaradıla bilər”.

“İcbari tibbi sığorta haqqı nə qədər olacaq” sualına cavabda, İ. Əliyev bildirib ki, bunu deməkdən öncə icbari tibbi sığorta paketinə hansı xidmətlərin daxil olacağını müəyyənləşdirmək lazımdır:

“İkinci növbədə xidmətlərin dəyəri hesablanmalıdır. Üçüncüsü, bu xidmətlərdən yararlanacaq şəxslərin sayı hesablanmalıdır. Buna uyğun olaraq icbari tibbi sığorta haqqı müəyyənləşdirilə bilər. Ancaq ümumi yanaşma ondan ibarətdir ki, insanların sığorta ödənişləri onları yoxsullaşma riskindən azad etsin, işəgötürənlər tərəfindən ödənişlərin edilməsi süni işsizlik yaratmasın. Eyni zamanda, dövlətdən ayrılan vəsaitlər də tibbi xidmət xərclərinin qarşılanması üçün müvafiq həcmdə olmalıdır”.

Şöbə müdiri vurğulayıb ki, ödəmə qabiliyyətinə malik əhali tibbi sığorta xərclərini özü verəcək.Müəyyən əhali qruplarına dövlət vəsaitlərin cəlb edilməsi nəzərdə tutula bilər:

“Bütün bu məsələlər model tam işlənib hazırlandıqdan, tətbiqi mexanizmi müəyyən edildikdən və hesablamalar yekunlaşdıqdan sonra dəqiq məlum olacaq ”.

Azərbaycanda “İcbari tibbi sığorta haqqında” qanun 17 il öncə hazırlanıb, ancaq hələ də tətbiq edilmir.

Qanunun işləməsini təmin edəcək qurum - İcbari Tibbi Sığorta üzrə Agentlik 2016-cı ilin fevralından fəaliyyətə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG