Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:10

-

Aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan meyitdən götürülən analizlərin nəticələri açıqlanıb.

Həmin meyitin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinə aid olması ehtimal edilirdi.

Ancaq meyitin nümunəsi itkin düşmüş neftçilərdən hər hansı birinin ailə üzvlərindən götürülmüş analizə uyğun gəlməyib. Bu səbəbdən də meyitin kimə məxsus olduğunu müəyyənləşdirmək mümkün olmayıb.

Lent.az-ın xəbərinə görə, itkin düşmüş neftçilərin ailə üzvlərindən yenidən analizlər götürüləcək və növbəti dəfə yoxlama aparılacaq.

Türkmənistan sahilində tapılmış meyitin kimə məxsus olmasını vizual olaraq müəyyənləşdirmək mümkün deyil. Bakıya gətirilən insan qalıqları arasında vəfat etmiş şəxsin ancaq baş və döş qəfəsi nahiyələri var.
2015-ci il dekabrın 4-də Xəzər dənizindəki “Günəşli ” yatağının 10 saylı platformasında qəza baş vermişdi. Platformada olan 64 neftçidən onda yalnız 34 xilas edilmişdi. Hadisədən dərhal sonra 7, daha sonra 6 meyit aşkarlandı. Bundan sonra 2 meyit də tapılıb, şəxsiyyəti müəyyən edilib. Hazırda qalan neftçilər itkin sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG