Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:42

-

Sabirabad rayonunda intihar hadisəsinin baş verdiyi bildirilir.
APA-nın xəbərinə görə hadisə rayonun Bulduq kəndində bu gün qeydə alınıb. Kənd sakini, 30 yaşlı Teymur Namazovun pay torpaqlarında asılmış meyiti aşkarlanıb. Hadisənin səbəbi bəlli deyil.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.

Bu gün ölkədə daha iki intihar halı ilə bağlı xəbər yayılmışdı.
Şamaxı rayonu Sabir qəsəbəsində 22 yaşlı gəncin, Gədəbəy rayonunda isə yaşlı bir şəxsin canına qıydığı bildirilirdi.

Son illər Azərbaycanda intihar hallarının artdığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG