Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:41

-

“Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi Yasamal rayonundakı "Sovetski" adlanan ərazidə saxlanması qərara alınan daşınmaz tarixi-memarlıq abidələrinin sökülməsindən narahatdır.

İctimai birlikdən Turan-a verilən məlumatda bildirilir ki, Yasamal rayonu "Sovetski" adlanan ərazi ilə bağlı Azərbaycan Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı var.

Məlumatda qeyd edilir ki, dövlət mühafizəsində olan tarixi-memarlıq abidələrinin monitorinqi aparılıb və onlardan bəzilərinin saxlanılması ilə bağlı Nazirlər Kabineti qərar verib.

“Halbuki, Yasamal Rayon İcra Hakimiyyəti başçısının "söküntü komissiyası" saxlanılması qərara alınan həmin daşınmaz tarixi-memarlıq abidələrinin çoxunun heç bir hüquqi sənəd olmadan sökülməsinə göstəriş verib”- deyə açıqlamada qeyd edilir.

Birliyin bu fikirlərinə Yasamal Rayon İcra Hakimiyyətindən, hələ ki, şərh almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG