Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:05

Suryanın hökumət qüvvələri bazar ertəsi Hələb şəhəri yaxınlığında üsyançılara qarşı hücumu davam etdirib.

Hücumda hərbi təyyarələr də iştirak edib.

Hərbi təyyarələr Hələbin cənub-qərbindəki Xan Tuman şəhərində üsyançıların mövqelərinə zərbələr endiriblər.

Suriya hərbçiləri bunun görüntülərini yayıb.

Məlumatı Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi də təsdiqləyib.

Üsyançılar bu şəhəri hökumət qüvvələrindən ötən həftə alıblar.

Hələbdə döyüşlərin bərpası Suriya ilə bağlı Çenevrədə keçirilən sülh danışıqlarını əngəlləyib.

Qeyd edək ki, monitorinq qrupu ilə Suriya hərbçiləri Hələbdə atəşkəsin daha 48 saat uzadılacağını bəyan eləmişdilər.

Bu mayın 10-da qüvvəyə minməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG