Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

-

Azərbaycanda bank müştərilərinin sayı azalır. İlin əvvəlindən aprelədək onların sayı 187 378 nəfər və ya 3,3 faiz azalıb.

Report Mərkəzi Banka istinadən hazırda müştərilərin ümumi sayının 5 529 007 nəfərə düşdüyünü xəbər verir.

Ötən ilin uyğun dövrü ilə müqayisədə isə müştərilərin sayında 391 484 nəfər və ya 7,62 faiz artımın qeydə alındığı bildirilir.

Mərkəzi Bankın bilgilərinə görə, müştərilərin 98,44 faizi və ya 5 442 847 nəfəri fiziki şəxslərdir. Onların 172 608 nəfəri sahibkarlıqla məşğuldur.

Bank müştərisi olan fiziki şəxslərin sayında illik müqayisədə 8,09 faiz və ya 407 069 nəfər artım qeydə alınıb. O cümlədən, sahibkarlıqla məşğul olanların sayında 4 753 nəfər və ya 2,83 faiz artım baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG