Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:06

Musiqili Teatrda «Brodvey» layihəsinin məşqlərinə başlandı


Yaradıcı heyət Azərbaycana gəlib.
Yaradıcı heyət Azərbaycana gəlib.

-

Dövlət Musiqili Teatrı ABŞ-ın məşhur «Company-E» şirkəti ilə ortaq layihənin- «Brodvey» proqramının Azərbaycan versiyasını təqdim edəcək.

Musiqili Teatrın Mətbuat Xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, layihə Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkədəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutacaq.

Bu münasibətlə «Company-E» şirkətinin rəhbər və yaradıcı heyətinin təmsilçiləri - Pol Qordon Emerson (prodüser), Amikaelya Qaston (prodüser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas, müəllim), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) Azərbaycana gəliblər.

Qonaqlar Dövlət Musiqili Teatrının inzibati binası – səhnə, tamaşa və məşq zalları ilə tanış olublar.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Emi Pitersen Musiqili Teatrda «Brodvey» komandası üçün yaradılmış yüksək şəraitə görə teatrın rəhbərliyinə təşəkkürünü bildirib.

Artıq «Company-E» şirkətinin əməkdaşları ilə Dövlət Musiqili Teatrı kollektivinin – xor, balet truppasının, orkestr və aktyor heyətinin birgə məşqlərinə start verilib.

«Company-E» musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir.

«Brodvey» layihəsi mayın 14-də saat 19:00-da və mayın 15-də saat 16:00-da tamaşaçılara göstəriləcək.

Giriş sərbəstdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG