Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:33

Dünya azərbaycanlıları Bakıya toplaşır


Bakı
Bakı

-

Dünya Azərbaycanlılarının IV Qurultayının iyunun 3-ü və 4-də Bakıda keçiriləcəyi gözlənilir.

Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən «Report»a bildiriblər.

Qurultaya hazırlıqla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi Təşkilat Komitəsi yaradıb.

Qurultayda dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Habelə, Azərbaycana dost münasibəti ilə tanınan xarici ölkələrin nüfuzlu siyasətçiləri, ictimai xadimləri və elm adamları da qurultaya dəvət ediləcəklər.

Dünya Azərbaycanlılarının I Qurultayı 2001-ci ilin noyabrında Bakıda keçirilib.

II Qurultay 2006-cı il martın 16-da, III Qurultay isə 2011-ci il iyul ayının 5-i və 6-da gerçəkləşib.

XS
SM
MD
LG