Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:56

-

Mayın 11-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, bu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun həyata keçiriləcək.

Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günther Bächler, səhra köməkçiləri Khristo Khristov və Simon Tiller keçirəcəklər.

Ermənistan tərəfdən isə monitorinqdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk, onun səhra köməkçisi Peter Svedberg və bu qurumun nümayəndəsi Thomas Lenk iştirak edəcəklər.

Bu il aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər gedib. Hər iki tərəfdən onlarla əsgər həlak olandan sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG