Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:46

Prezident atasının məzarını ziyarət etdi


Heydər Əliyevin məzarı.
Heydər Əliyevin məzarı.

-

Bu gün keçmiş prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür.

APA-nın xəbərinə görə, prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, məzar önünə əklil qoyub.

Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycana ikinci dəfə rəhbərlik edib.

Onun Azərbaycanda hakimiyyətdə olduğu birinci dönəm isə SSRİ dövrünə düşür.
Heydər Əliyev 1969-cu ildən 1982-ci ilə kimi Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.

O, 2013-cü ildə vəfat edib. Heydər Əliyev hələ ABŞ-ın Klivlend şəhərində müalicədə olunarkən -2013-ci il avqustun 4-də oğlu, SOCAR-ın vitse-prezidenti İlham Əliyevi baş nazir təyin edib.

Həmin ilin oktyabrında keçirilən prezident seçkisində də İlham Əliyev qələbə çalıb.

XS
SM
MD
LG