Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:04

Cəbhədə silahlar susmur


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 134 dəfə pozublar.
Bu zaman 60, 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi bildirilir.

*Cəbhə videolarını izləmək üçün Youtube Kanalımıza abunə olun

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli və Koxanəbi kəndlərinin vurulduğu açıqlanır.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də vurulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Nəmirli və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında Azərbaycan ordusunun mövqeləri də atəşə tutulub.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfə cavab verib.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG