Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:49

-

ABŞ-da prezidentliyə Respublikaçılar Partiyasından mümkün namizəd Donald Trump mayın 12-də Vaşinqtonda partiyanın Konqresdəki liderləri ilə görüşəcək.

Senatda çoxluğun lideri Mitch McConnell milyarder Trump-a dəstəyini bildirsə də, Nümayəndələr Palatasının Spikeri Paul Ryan onu dəstəkləməkdən imtina edib.

Ryan mayın 9-da “Journal Times” qəzetinə deyib ki, partiya birliyi yoxdursa, onu yalandan göstərməyə çalışılmamalıdır.

Ryan Trump-la açıq qarşıdurmaya getməməyə çalışır. O deyib ki, Trump istəyərsə, iyulda Respublikaçıların Qurultayına sədrlik etməyə bilər. Palatanın spikeri kimi həmin sədrlik onun üzərinə düşür.

“Qurultayla bağlı nə istəsə, edərəm”, Ryan söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG