Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:49

-

Araşdırmaçı jurnalistlər varlı siyasətçilər və tanınmışların ofşor sərvətlərinin məlumat bazasını onlayn yerləşdirib. Təhqiqatçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu 200 mindən artıq saxta Panama şirkətinə dair informasiyanı mayın 9-da offshoreleaks.icij.org saytında yayıb.

Bu informasiyalar Mossack Fonseca adlı hüquq firmasının 11 milyondan çox sənədinin mediaya sızması nəticəsində əldə olunub. Hüquq firması konsorsiumun məlumat bazasımı yaymasını əngəlləməkdən ötrü çox çalışıb.

Onlarla ölkədən redaktorun, jurnalistin daxil olduğu konsorsium daha öncə “Panama Papers” əsasında məqalələr yayıb. Konsorsium məqsədinin ofşor bank sistemi barədə ictimaiyyəti maarifləndirmək olduğunu deyir.

“Panama Papers” Azərbaycanın hakim ailəsinin ofşor sərvətlərini də üzə çıxarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG