Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:59

-

Şairə bağırdılar:

"Dəzgahın başında görəydik səni,

şeir nədir,

şeir-meir...

İşləmək vecinizə deyildir"

Açığı,

bizimçün də

ən yüksək dəyərdir işləmək

mən özümü

bir fabrik sayıram həm də

Əgər bacam yoxdursa

işim lap çətindir deməli.

Bilirəm

xoşunuz gəlmir təmtəraqlı sözdən

Odun doğrayırsız qan-tər içində

Amma

bizim işimiz də fərqli deyil bundan:

Odun başları yonturuq biz də.

Heç şübhəsiz

hörmətə layiqdir balıqçı işi

dartıb çıxarmaq toru

bir başqa ləzzətdir içində balıq çoxsa.

Fəqət

ondan da hörmətlidir şair işi

balıq yox, canlı insan tuturuq çünki.

Ağır işdir

yanıb qovrulan dəmir sobanın ağzında

su səpmək qızmış dəmirə.

Amma bekar dururuqmu,

dilimizlə

beyinləri maşalayırıq biz də.

Kimdir üstün,

şair, yoxsa

maddi faydalar gətirən texnik?

İkisi də.

Ürək də bir motordur çünki

və ruh onun mühərriki

Şairlər və texniklər

işçi zümrəsində

bədən və ruh əməyində

çiyin-çiyinə

eyni qovğanın içində.

Yalnız ortaq əməklə

bəzəyə bilərik dünyanı

və marşla salarıq işə

cığalı addımlarla

haydı iş başına -

yepyeni və qaynar iş!

Boşboğazlarsa haydı dəyirmana!

Un ələməyə

və dəyirman fırlatmağa

ağız suyuyla!

Günün bütün mövzuları

XS
SM
MD
LG