Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:00

-

Kəndlilər xan üçün pulsuz neft və duz çıxarırdılar, onların satışından əldə olunan pullar isə xana çatırdı

Heydər Hüseynov

"Azərbaycanın 19-cu əsr ictimai-fəlsəfi fikir tarixi" kitabından bir parça

O vaxt Azərbaycan zəhmətkeşlərinin vəziyyəti olduqca ağır idi. Azərbaycanın xüsusilə əməkçi kəndliləri dözülməz şəraitdə yaşayırdılar.

Bakı qəza qəyyumunun Kaspi dövlət əmlak Palatasına ünvanlanmış 1842-ci il 16 aprel tarixli raportunda kəndlilərin hansı vergi və mükəlləfıyyətləri ödədikləri göstərilmişdir.

İllüstrasiya

İllüstrasiya

“Xanlann vaxtında əhali aşağıdakı mal və pul vergilərini ödəməli idi:

1-ci. Xana:

a) xanların yanında daim müəyyən sayda cangüdənlər olurdu. Bunların əmək haqqını ailə üzvlərinin sayı 3-5 olan kəndli ailəsi verib onları saxlayırdı.

Həmin ailələr bütün başqa vergilərdən azad idilər.

b) hər bir kənddə 3 həddi-büluğa çatmış cavanlardan ibarət Maqaflar (əsgərlər) təyin olunurdu, onlar harda olmasından asılı olmayaraq, düşməni qarşılamağa borclu idilər. Onların ailələri bütün vergilərdən azad idilər. Şeyx Əh xan Qubah və Mustafa xan Şirvanh sanki növbə ilə Bakı xanlığını bərbad hala salırdılar.

c) kəndlilər xan üçün pulsuz neft və duz çıxardırdılar, onların satışından əldə olunan pullar isə xana çatırdı.

ç) materialların emalı və lazımi yerinə çatdırılması kəndlilərin vəzifəsi hesab edilirdi.

d) qonşu sahibkarlardan, ya da yüksək rütbəli şəxslərdən xana qonaq gəldikdə, lazım olan bütün ərzaqlar saraya kəndlilər tərəfindən gətirilməli idi.

e) kəndlilər xana hər ailə başına ildə 5-dən 3-ə qədər minaltun (yunan puludur, 1 minaltun 1 manat mis pula bərabərdir) verirdilər.

2-ci. Kəndləri idarə edən bəylərə:

a) kəndlilər ildə 3 gün onlar üçün işləməli, yəni 1 gün onun torpağını şumlamalı, 1 gün taxıl əkməli, 1 gün taxıl biçməli və döyməli idilər.

b) bəylər kəndlilərdən öz istədikləri adamı özlərinə qulluqçu təyin edirdilər.

c) torpağın şumlanmasında istifadə olunan bir cüt öküz üçün öküz sahibi öz bəyinə 25 batman, hər batman 25 girvənkə hesabilə arpa verməli idi.

3-cü. Seyidlərə:

Gəlir mənbəyindən asılı olmayaraq, kəndlilər qazanclarının 6-cı hissəsini xüms verməli idilər.

4-cü. MoIIalara:

Kəndlilər seyidlərin payını verdikdən sonra gəlirlərinin bir hissəsini zəkat verirdilər."

Kollec müşaviri Nefedyev Naxçıvan əyalətində köçəri kəndlilərin vəziyyətinə dair 22 noyabr 1837-ci il tarixli qeydlərində yazırdı ki, xanın köçəbəsi də öz növbəsində əyalət əhlinə ağır yük idi.

Hər yay, yazdan payıza qədər xan şəhəri tərk edib köçəri həyat sürürdü. Xanın məskən saldığı hər bir kəndin kəndliləri xanı və onun bəzən sayı yetmişdən çox olan əshabələrini azuqə ilə təmin etməli idi. Əks təqdirdə həmin kəndin əhalisi xan və çar məmurlan tərəfindən cəzalandırılırdı.

Həmin Nefedyev bildirirdi ki, bir çox mötəbər məlumatlardan aydın olmuşdur ki, polis idarəsi sakinlərin əyalətdən qaçması haqqında rəhbərliyə düzgün məlumat çatdırmır, şişirdirdi ki, xan qaçanları məvacibdən məhrum etsin və xana ödənilən vergidən isə onlar özləri istifadə etsinlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG