Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

İranın müdafiə naziri Hossein Dehgan Tehranın orta mənzilli raket sınağı keçirməsi ilə bağlı mətbuatda gedən məlumatları təkzib edib.

Bu barədə mayın 9-da İRNA agentliyi məlumat yayıb.

Amma nazir əlavə detallar barədə məlumat verməyib.

Yarımrəsmi “Tasnim” agentliyi bundan əvvəl hərbi qərargahın rəis müavini Ali Abdollahiyə istinadla İranın iki həftə bundan əvvəl orta mənzilli raket sınağı keçirməsi barədə məlumat yaymışdı.

Qeyd edək ki, ABŞ və bir sıra Avropa Birliyi ölkələri İranın bundan əvvəl keçirdiyi son raket sınaqlarını kəskin pisləyiblər.

XS
SM
MD
LG