Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:47

-

“İqbal Ağazadəyə imza vermiş şəxslərə qarşı təzyiq və təqiblər davam edir. İmza verən və dövlət sturukturlarında , məktəblərdə çalışan şəxslər, onların qohumları işdən çıxarılmaqla, həbs olunmaqla hədələnir, izahatları alınır, qohumlar arasında gərginlik yaradılır”.

Ümid Partiyasının martın 9-da yaydığı bəyanatda belə deyilir.

Partiya 90 saylı Ağdaş seçki dairəsindən təkrar seçkilərdə deputatlığa namizədliyini irəli sürən İ. Ağazadənin nümayəndələrinə və ona imza verən vətəndaşlara qarşı təzyiqlər olduğunu bəyan edir.

“Proseslərin gedişi onu deməyə əsas verir ki, namizədin imza vərəqləri DSK-ya təqdim edildikdən sonra, ona imza verən digər sakinlərə qarşı da eyni təzyiq və təqiblər baş verəcək.

Ümid Partiyası baş verənləri qəti şəkildə qınayır, MSK-dan, hüquq-mühafizə orqanlarından, Prezident Administrasiyasından və yerli hakimiyyətdən dərhal baş verən qanunsuzları dayandırmağı tələb edir” - deyə bəyanatda bildirilir.

Ancaq 90 saylı Ağdaş seçki dairəsinin özündə isə buna əks fikirlər səslənir. Dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov şənbə günü seminarda demişdi ki, təkrar seçkilərin şəffaf keçirilməsindən ötrü onlara bütün zəruri şərait yaradılıb.

Bu dairədən hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədov da namizədliyini vermək niyyətində idi. Hətta onun tərəfdarlarına dairədən imza vərəqəsi də verilmişdi. Ancaq sonradan Mərkəzi Seçki Komissiyasından bildirdilər ki, artıq İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib.

MSK-da media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bu mövqeyi belə əsaslandırmışdı: «Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən, İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib».

90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilər iyunun 18-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG