Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:49

Fəxri Xiyabana aparan yollar qapanır


-

Mayın 10-da Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov deyib.

AZƏRTAC-ın xəbərinə görə, V. Əsədov bildirib ki, mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar, avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək.

V. Əsədov deyib ki, mayın 10-u səhər 08:00-dan etibarən ziyarət başa çatana qədər həmin istiqamətdə avtomobillərdən imtina edilməsi və ictimai nəqliyyat vasitələrdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur: “Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG