Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:17

-

Daşınmaz əmlakın icbari sığortasında ciddi azalma müşahidə olunur.

Apreldə bu sahədə cəmi 6 894 sığorta müqaviləsi bağlanıb.

Bu haqda İcbari Sığorta Bürosunun məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, həmin müqavilələrlə daşınmaz əmlakın icbari sığortasından 1,2 milyon manatdan artıq vəsait əldə edilib.

Müqavilələrin 60 faizi yaşayış evləri, mənzillər, 0,5 faizi inzibati binalar, 39,4 faizi isə digər daşınmaz əmlakla bağlı olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə müqavilələri sayında 37,1 , sığorta haqlarının məbləğində isə 19,4 faiz azalma qeydə alınıb.

Daşınmaz əmlakın icbari sığortası statistikasında fevral və mart aylarında da azalma müşahidə olunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG