Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:30

-

Mayın 10-u Ali Məhkəmədə Müsavat başqanının həbsdə olan müavini Fərəc Kərimlinin kassasiya şikayətinə baxılacaq.

Bu haqda siyasətçinin vəkillərindən Nemət Kərimli məlumat verib. Onun bildirdiyinə görə, iş hakim Fərhad Kərimovun icraatına verilib. Məhkəmə iclası saat 16:00-da başlamalıdır.

Ali Məhkəmə həmin gün F.Kərimlinin qardaşı Sirac Kərimlinin şikayətinə də baxacaq. S. Kərimlinin şikayəti hakim Gülzar Rzayevanın icraatındadır.

Fərəc və Sirac Kərimli ötən il həbs edilmişdilər. Bakı Ağır Cinayətlər Məhkəməsi F. Kərimlinin Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsi ilə günahkar bilərək 6 il yarım azadlıqdan məhrum edib.

Eyni ittihamla üzləşən S. Kərimli isə 6 il müddətinə azadlıqdan məhrum edilmiş, bu ilin mart ayında əfv fərmanı ilə azadlığa buraxılmışdı.

Yerli və beynəlxalq hüquq təşkilatları hər iki qardaşı “vicdan məhbusu” elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG