Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:07

Afinada islahatlara qarşı keçirilən etiraz aksiyası polislə toqquşma ilə bitib.

Aksiyaçılar polisi daşa basıb, stul və yandırıcı butulkalar atıblar.

Etirazlara baxmayaraq hökumət vergi və pensiya sistemində islahatlar aparılmasını nəzərə dutan qanun qəbul edib.

Baş nazir Alexsis Tsipras ümid edir ki, yeni qanun büynəlxalq kreditçilərlə dil tapmaqda hökumətə gömək edəcək.

Yeni tədbirlərdə vergilərin artırılması, pensiyaların isə azaldılması nəzərdə tutulur.

Yeni qanun büdcə kəsirinin azalması və Avropa Birliyindən 86 milyard kredit alınmasına kömək etməlidir.

Amma tənqidçilər hesab edir ki, bu tənəzzülə aparacaq və 6 ildir ki, hökumətin iqtisadi siyasətindən əziyyət çəkən xalqa növbəti zərbə olacaq.

Aksiyaçlılar etirazların davam etdiriləcəyini bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG