Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44

Türkiyədəki əsas müxalifət hesab olunan “Respublika Xalq Partiyası”nın lideri Kamal Kılıçdaroğlu ölkədə “saray çevrilişi” baş verdiyini deyir.

O, bildirib ki, baş nazir Ahmet Davutoğlunun istefasında məqsəd Recep Tayyip Erdoğanı daha güclü prezident etməkdir və bu saray çevrilişidir.

Kılıçdaroğlu bildirib ki, buna hakim partiya daxilində problem kimi baxmaq olmaz, bu 64-cü hökumətə qarşı çevrilişdir və Davutoğlu istefayla buna zəmn yaradıb.

O, deyib ki, bütün respublikaçılar, demokratlar və ziyalılar buna qarşı çıxmalıdır.

Qeyd edək ki, Ahmet Davutoğlu mayın 4-də hakim “Ədalət və İnkişaf Partiyası”nın liderliyi və baş nazirlikdən gedəcəyini bəyan edib.

Davutoğlu deyib ki, partiyanın qarşıdan gələn qurultayında bu vəzifələr uğrunda mübarizə aparmayacaq

Rəcəp Tayyib Erdogan Türkiyədə prezident üsul-idarəsi qurmaq və buna görə konstitusiyanı dəyişmək fikrindədir.

Hazırda Türkiyədə parlament sistemidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG