Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:31

Putin hərbi paradın açılışını edib


Vladimir Putin,Sergei Shoigu və Nursultan Nazarbaev

Vladimir Putin,Sergei Shoigu və Nursultan Nazarbaev

Mayın 9-da Moskvadakı "Qızıl meydan" da nasist almaniyası üzərində qələbənin 71-ci iuldönümü münasibəti ilə hərbi parad keçirilib.

Paradı müdafiə naziri Sergei Shoigunun qısa hərbi məruzəsindən sonra prezident Vladimir Putin Açıb:

”Bu həm dövlət, həm də şəxsi və ailə bayramıdır. Bu Rusiya və Rusiya xalqı üçün müqəddəs bir simvola çevrildi. Və belə bir birlik və vətənə sədaqət bizim gücümüz, inam və ləyaqətimizdir”.

Putin çıxışında qələbənin vacibliyi ilə yanaşı, bu gün qlobal terrorçuluq və onu dəf etmək üçün digər ölkələrlə birgə əməkdaşlıqdan da danışıb.

Paradda Qazaxıstan prezidenti Nursultan Nazarbayev də iştirak edib.

Paradda yüzlərlə hərbi qulluqçu iştirak edib, zirehli texnika, tank, S-300 raketləri və hərbi təyyarələr nümayiş etdirilib.

Həmçinin digər keçmiş sovet ölkələri mayın 9-da qələbə gününü qeyd edirlər.

2-ci dünya müharibəsində 50 milyondan çox adam ölüb ki, bunun təxminən 27 milyonu keçmiş SSSR-i vətəndaşlarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG