Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:57

İlham Əliyev veteranlarla görüşüb


Foto arxiv. 2015. İlham Əliyev veteranlarla görüşür.
Foto arxiv. 2015. İlham Əliyev veteranlarla görüşür.

-

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

AZƏRTAC-ın xəbərinə görə, müharibə veteranları ilə görüşən prezident onları Qələbə Günü münasibətilə təbrik edib. O, veteranlara xatirə hədiyyələri təqdim edib.

Prezident iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə də görüşüb. O, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyub.

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

HƏRBİ ORKESTRİN ÖLKƏBOYU ÇIXIŞI

Bu gün, Silahlı Qüvvələrin orkestrlərinin də çıxışları olacaq.

Müdafiə Nazirliyi bildirir ki, mayın 9-da saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində konsert proqramları təşkil olunacaq.

Eyni zamanda bütün qarnizonlar və iri şəhərlərdə də hərbi orkestrlərin nümunəvi çıxışları planlaşdırılır.

XS
SM
MD
LG