Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:07

-
“Təmas xəttindəki son hadisələr - Ermənistanın törətdiyi təxribatlar həmsədrlərin iştirakı ilə ATƏT-in Parlament Assambleyasının yay sessiyasında müzakirə predmeti olmalıdır. Biz belə bir müzakirənin təşkil olunmasına çalışırıq, hər halda proses gedir".

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

B.Muradova bildirib ki, aprelin əvvəlində təmas xəttində Ermənistan tərəfi atəşkəs rejimini intensiv şəkildə pozmağa başlayanda ATƏT PA-nın rəhbərliyinə məktublarla müraciət edib: "Daha sonra görüşlərdə də şifahi olaraq bu fikirlər səsləndirilib. Cənubi Qafqaz üzrə xüsusi nümayəndə ilə bu barədə danışmışıq. Biz yay sessiyasında bu məsələ ətrafında müzakirələrin aparılmasını gözləyirik. Ona görə də düşünürəm ki, bu səylər daha da intensivləşməlidir. Vasitəçi bir təşkilatın mühüm institutu olan ATƏT PA bu məsələyə öz münasibətini bildirməlidir".

"BÜTÜN TƏXRİBATLAR DAĞLIQ QARABAĞIN TANIDILMASINA GEDİR"

O, qeyd edib ki, əgər Ermənistan bu gün Dağlıq Qarabağın tanıdılması prosesinə rəsmi start verirsə, bu da müzakirə olunan məsələlər arasında ən vacib yerlərdən birini tutacaq: "Çünki bütün təxribatlar son nəticədə Dağlıq Qarabağın tanıdılmasına gedir. Onlar bir tərəfdən güclə, digər tərəfdən də dünya ictimaiyyətini aldatmaq yolu ilə buna nail olmaq istəyirlər".

B.Muradovanın deməsinə görə, Ermənistan tərəfi və ATƏT-in Minsk qrupunun həmsədrləri məsələnin ümumi həllini bir tərəfə qoyaraq, diqqəti onun ayrı-ayrı elementlərinin üzərində cəmləyirlər: " Əsas diqqət problemin həllinə yönəlməlidir. Ona görə də biz problemin hərtərəfli müzakirəsinin tərəfdarıyıq".

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlər başlayıb və hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəsə razılaşıblar. Buna baxmayaraq, tərəflər hələ də bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Erməni silahlı qüvvələri 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ vilayəti və onun ətrafında 7 rayonu işğal edib. 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb, sülh danışıqları başlayıb. Ancaq, hələlik, tərəflər arasında yekun sülhün şərtlərini razılaşdırmaq mümkün olmayıb.

Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG