Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:56

Robotla seks, hətta nigaha girmək mümkün olacaq


arxiv foto
arxiv foto

-

Robotla məhəbbət macərası? Ola bilərmi? Filmlərdə bu ehtimal az nəzərdən keçirilməyib. Məsələn, 2013 –cü ildə ekrana çıxmış “Her” (Onun - qadın cinsi) filmində kişi qəhrəman Teodor kompüter əməliyyat sistemi alır və bir müddət sonra dərk edir ki, Samanta adlandırılan əməliyyat sistemsiz keçinə bilmir. 2001-ci ildə istehsal olunmuş “A.I.” (süni şüur) adlı filmdə isə robot sevgili Gigolo Joe qadına seks xidməti təklif edir.

ROBOT ÖLƏN İNSANI ƏVƏZLƏYƏCƏK?

Bu kinodur. Bəs gerçəkdə?.. Biz daha cəlbedici robotların yaradılması yönündə axtarışlar dövrünü yaşayırıq. Süni intellekt sahəsində sıçrayış maşınlarla söhbəti daha çox təbii hala gətirir. Silikon vadisinin şirkətlərindən olan Eternime insanların danışıq səsinin, həyat tarixçəsinin əsasında avatar yaratma imkanı üzərində işləyir. Bu gerçəkləşərsə, avatarı olan insan həyatdan getdikdən sonra da yaxınları onunla “danışa” biləcəklər.

Robotların özləri də getdikcə daha çox insana bənzəyirlər. Çinin Hefei elm və texniki Universiteti bu yaxınlarda insanabənzər Jia Jia robotunu təqdim edib. Bu robot ona deyilən sözlərə uyğun sifət mimikası ilə reaksiya verir.

Hong Konglu ixtiraçı Ricky Ma isə aktrisa Scarlett Johansson-a yetərincə oxşayan robot düzəldib. O gülür, göz vurur və komplimentlərə cavab verir.

İNSAN DƏRİSİ KİMİ ZƏRİFDƏRİLİ... ROBOTLAR

Heç bir robot seksual məqsədlər üçün yaradılmayıb. Buna baxmayaraq biznes maraqları baxımından real seks-kuklaların yaradılması istəyi mövcuddur. Kaliforniyadakı Abyss Creations şirkəti yüksək keyfiyyətli silikon dərili və hərəkətli ətraflara malik RealDolls insanabənzər fiqurların hazırlanmasına başlayıb. Bu fiqurların dəriləri insan dərisinin bütün çalarlarını əks etdirə biləcək. Sözügedən kuklalar dəstək olmadan hərəkət edə, danışa və ayaqda dura bilmir. Bununla belə, şirkətin yaradıcısı Matt McMullen keçən il Reddit vebsaytına deyib ki, onlar kuklalarda süni intellektin yaradılması üzərində işləyirlər.

ROBOTLA SEKS 2050-Cİ İLDƏ ADİ HAL OLACAQ

Süni intellekt üzrə mütəxəssis, “Robotlarla sevgi və seks” kitabının müəllifi David Levy deyir ki, robotlarla münasibət, seks və hətta nikaha girmək 2050-ci ilədək adi hala çevriləcək.

Onun sözlərinə görə, biz insanlar öz ev heyvanlarımıza, avtomobil və kompüter kimi cansız əşyalarımıza öyrəşərək onları sevirik. Niyə bu robotlarda olmasın?Lavy əlavə edir ki, insanların biri-birinə vurulmasının komponentlərindən biri yaxınlaşma və uyğunlaşma əsaslıdır. “Əgər robotun hərəkətləri insanı çox xatırladırsa, əgər o sənə qarşılıq verirsə - əgər o səni əla sekslə təmin edirsə və maraqlı söhbətə dəstək verirsə, onu başa düşürsünüz və ona bağlanırsınız”, - mütəxəssis deyir.

SEKS ROBOTLAR SAYƏSİNDƏ SEKS QURBANLAR AZALA BİLƏR

Bəziləri iddia edir ki, sənaye robotları insanın əvəzinə təhlükəli və çirkli işləri öz üzərlərinə götürərək insana fayda gətirdikləri kimi, seks-robotlar da seks-biznes qurbanlarını əvəz edərək cəmiyyətə xeyir gətirə bilərlər.

Amma sözügedən perspektiv Böyük Britaniya De MontfortUniversitetinin robot texnologiyaları etikası üzrə baş elmi işçisi Kathleen Richardson-u dəhşətə gətirir.

BƏS İNSANİ MÜNASİBƏTLƏR?

O, bu məsələlərin insanlararası münasibətlərə təsir edəcəyini düşünür: “Bu insani münasibətlərin vacib olmaması fikrini önə çıxarır, ona görə ki, bütün ehtiyaclarınızı maşın tərəfindən ödəyə bilərsiniz. Amma bu doğru deyil. Sizin insani mühitə ehtiyacınız var”.

Söhbət intellektual maşınlardan getsə də, disskusiyanın mərkəzində sevgi durur. Sevgidə və ya iş mühitində insanı əvəz edəcək robotlar haqqında danışarkən, digər həqiqətdən – kişi-qadın münasibətlərinin təbiətindən də narahatlıq ifadə olunur.

Məsələn, xanım Richardson seks-robotlar əleyhinə şirkət yaradıb və iki arqumentlə seks maşınların əleyhinə çıxır. Kişi seks-robotları olsa da, əsasən seks-kuklalar qadınları xatırladır və onları daha çox kişilər alır. Richardson-un birinci arqument isə ondan ibarətdir ki, internetdə pornoqrafiya yayıldığı kimi, seks robotlar da qadınları dehumanistləşdirəcək.

O hesab edir ki, qadın cinsinə yaxın olan obyektlərin yaradılması qadınlara obyekt qismində baxılmasına aparır.

Başqa problem ondan ibarətdir ki, maşınlarla münasibətdə olmaq bizim emosional inkişafımızı dayandırır. Xanım Richardson deyir: “Bizim digər insanlarla sosial, qarşılıqlı ünsiyyətə ehtiyacımız var. Bu bizi insan edən əsas amildir”.

“MÜNASİBƏTİN OLMAMASINDANSA ROBOTLA OLSA YAXŞIDIR”

Richardson kimi başqaları da insanları ayıq-sayıqlığa və ünsiyyətcil olmağa çağırır. Maşınlarla münasibət, istəklərimizin proqramlaşdırılması bizi digər insanlarla birgə fəaliyyət göstərə bilməyəcək duruma sala və korlanmış uşaqlara çevirə bilər.

Amma Cənab Levy iddia edir ki, robot insanı əvəz etmir, bunun əvəzində insani münasibətlər qurmaq iqtidarında omayanlara, məsələn, özlərinə seksual partnyor tapa bilməyən məhdud imkanlı, əngəlli insanlara alternativ təklif edir.

Cənab Levi deyir: “Söhbət robotlarla münasibətin yaxşı və ya pis olmasından getmir, ondan gedir ki, ümumiyyətlə münasibətin olmaması halında robotlarla münasibət yaxşıdırmı?..”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG