Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:21

-

Krosnoyarskidə təqaüdçülər vergi idarəsindən “zəhmətlə qazanılmamış gəlirlər” qrafası olan qəbz alıblar. Bildirilir ki, məmurlar başqa məmurlardan alınan hədiyyələrə vergi qoymağı qərara alıblar.

Təqaüdçü Lyobov Berdışeva deyir ki, 2015-ci ildə onun 205 rubl 13 qəpik zəhmətlə qazanılmamış gəliri olub: “İndi mən bunun 27 rublunu vergi kimi ödəməliyəm”.

Belə bir məktubu onun qonşusu, təqaüdçü Zinaida Shidlovskaya da alıb: “Növbəti gün mən vergiyə zəng elədim, sonra ora getdim, məktubu onlara göstərdim: “Oy, biz heç nə bilmirik. Siz yəqin ki, nəsə satmısız, ya da nə isə başqa bir şey. Ola bilsin, kimə isə hədiyyə etmisiniz”, mənə belə dedilər”, - söyləyir.

200 RUBLLUQ KONFET GƏLİR SAYILIB

Təqaüdçülər xüsusi araşdırma aparıblar. Məlum olub ki, zəhmətlə qazanılmayan gəlir- bu, bir qutu konfetə aid imiş. Ötən ilin oktyabrında yerli rayon rəhbərliyi Ahıllar Günündə təqaüdçülərə bir qutu konfet hədiyyə edib. Bu hədiyyənin dəyəri 200 rubla yaxındır. Gəlirin 13 faizinin vergi tutulmasına yönləndirilməsinə müvafiq olaraq, təqaüdçülər 27 rubl vergi ödəməlidirlər.

- Kiçik bir konfet qutusu idi.

- Dadlı idimi?

- Yox, orda nəsə assorti idi. Nəvəm dedi ki, dadlı deyil.

Təqaüdçülərə bildirilib ki, belə bir vergini 700-ə yaxın yerli ödəməlidir. Qəbzi təkcə təqaüdçülər yox, məktəblilər də alıb.

MƏMURLAR GERİ ÇƏKİLİBLƏR

Məmurlar qəzəbli etirazlardan sonra səhvi düzəldiblər və söz veriblər ki, ödənilmiş vergiləri geri qaytaracaqlar.

“Yanlışı düzəltdik. Hesabatda ödənişlərlə bağlı dəyişiklik olub. Biz belə bir qəbz alan sakinlərdən dönə-dönə üzr istəyirik, bəyan edirik ki, bu vergini ödəmək lazım deyil”, deyə Krosnoyarski rayonunun Oktyrabrski adminstrasiyasının mətbuat katibi Evqeniya Jalimova açıqlayıb.

"HƏDİYYƏ İSTƏMİRİK"

İndi Krosnoyarskidə may təntənəsinə hazırlıqlar gedir. Şəhərdə on tədbir planlaşdırılıb, əlbəttə ki, hədiyyələr də nəzərdə tutulub. “Gözüçıxmış qardaşdan” dərs alan təqaüdçülər deyirlər ki, artıq hakimiyyətdən hədiyyə almağa çəkinirlər: “Biz onlara demişik ki, daha bizə konfet almayın. Onsuz da biz bu hədiyyəni götürməyəcəyik. Onlar da bizə cavab veriblər ki, onsuz da daha hədiyyə olmayacaq, böhrandır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG