Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:22

«Şimal axını-2» TANAP-a qarşı


Amos Hochstein
Amos Hochstein

-

««Cənub Qaz Dəhlizi» layihəsi həm Azərbaycan, həm ümumilikdə Xəzər bölgəsi, həm də Türkiyə və Avropa üçün iqtisadi, geosiyasi əhəmiyyətə malikdir».

AZƏRTAC-ın xəbərinə görə, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hochstein belə deyib.

O, ABŞ-Avropa Birliyi Energetika Şurasının iclasından danışaraq qeyd edib ki, əsas müzakirə enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsi mövzusu ətrafında gedib.

A.Hochstein deyib ki, Rusiya və Almaniya arasında Baltik dənizinin dibi ilə çəkiləcək və ümumilikdə 55 milyard kubmetr tutuma malik olacaq «Şimal axını-2» qaz kəməri layihəsi ilə bağlı da narahatlıqlar nəzərdən keçirilib.

O, «Şimal axını-2» layihəsinin Avropanın milli təhlükəsizliyini təhdid etdiyini, enerji birliyinə zidd olduğunu və bölgənin enerji təhlükəsizliyinə töhfə vermədiyini bildirib.

«Şimal axını»
«Şimal axını»

A.Hochstein hesab edir ki, bu layihəni həyata keçirmək əvəzinə «Trans-Adriatik» (TAP) və Türkiyədən keçən «Trans-Anadolu» (TANAP) kəmərlərindən ibarət olan «Cənub Qaz Dəhlizi»nin icrasının sürətləndirilməsi daha məntiqlidir.

««Cənub Qaz Dəhlizi» layihəsi həm kommersiya baxımından daha sərfəlidir, həm də bölgənin enerji təhlükəsizliyinə töhfə verir. Bu layihə həm Azərbaycan, həm ümumilikdə Xəzər bölgəsi, həm də Türkiyə və Avropa üçün iqtisadi, geosiyasi əhəmiyyətə malikdir», - deyə A.Hochstein qeyd edib.

A.Hochstein mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcək TAP-ın təməlqoyma mərasimində ABŞ-ı təmsil edəcək.

«Cənub Qaz Dəhlizi» Azərbaycanın «Şahdəniz» yatağından çıxarılan qazın Gürcüstan və Türkiyə üzərindən Avropaya nəqli layihəsidir. Bu layihənin çəkilişinin 2020-22-ci illərdə başa çatması gözlənilir.

XS
SM
MD
LG