Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:20

-

Təkrar seçkilərə qoşulan Ümid Partiyasının sədri İqbal Ağazadənin nümayəndələrinin imza toplamasına əngəllər yaradıldığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna partiya sədrinin müavinlərindən Elman Abbasov məlumat verib.

Elman Abbasovun bildirdiyinə görə, mayın 7-də İ.Ağazadənin seçici imzaları toplayan nümayəndələrinə Ağdaş şəhər mərkəzində və Yuxarı Ləki kəndində basqılar olub. Kimliyi bəlli olmayan şəxslər onların sakinlərlə görüşməsinə imkan verməyib. Əhalini görüşdən, imza verməkdən çəkindirən basqılar ediblər.

İ.Ağazadənin nümayəndələri, demələrinə görə, basqılarla bağlı Mərkəzi Seçki Komissiyasının «qaynar xətt»inə zəng etsələr də, cavab verən olmayıb. Komissiyanın katiblərindən isə Mikayıl Rəhimov vəziyyətlə bağlı məlumatlandırılıb. Bundan başqa, «102 xidməti»nə də müraciət olunub. Bununla belə basqıların dayanmadığı bildirilir.

Yeri gəlmişkən, bu gün 90 saylı Ağdaş Seçki Dairəsində seminar keçirilib.
Dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov seminarda demişdi ki, Ağdaşda seçkilərin şəffaf keçirilməsindən ötrü bütün zəruri şərait yaradılıb.

Bu dairədə seçki iyunun 18-də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG