Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:19

-

90 saylı Ağdaş seçki dairəsində təkrar seçkilərin şəffaf keçirilməsindən ötrü bütün zəruri şərait yaradılıb.

Dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov seçkiyə hazırlıqla bağlı keçirilən seminarda belə deyib.

Seminarda Mərkəzi Seçki Komissiyasının, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının nümayəndələri və təkrar seçkilər keçiriləcək dairənin 40 məntəqə komissiya rəhbəri iştirak edib.

AZƏRTAC-ın xəbərinə görə, seminar iştirakçılarına seçkilərlə əlaqədar qanunvericilikdən danışılıb.

Dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov məntəqələrdən 10-da veb-kameralar quraşdırıldığını deyib.

Ölkə başçısının sərəncamına əsasən, 90 saylı Ağdaş seçki dairəsi üzrə parlamentə təkrar seçkilər iyunun 18-nə təyin edilib. Artıq dairədən 5 namizəd deputatlığa iddiasını ortaya qoyub.

Bu dairədən hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədov da namizədliyini vermək niyyətində idi. Hətta onun tərəfdarlarına dairədən imza vərəqəsi də verilmişdi. Ancaq sonradan Mərkəzi Seçki Komissiyasından bildirdilər ki, artıq İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib.

MSK-da media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bu mövqeyi belə əsaslandırmışdı: «Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən, İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib».

Günün bütün mövzuları

XS
SM
MD
LG