Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:55

Bloqqeri dəlixanaya salıblar


Dmitriy Vorobyovskiy
Dmitriy Vorobyovskiy

-

Rusiyalı fəal Dmitriy Vorobyovskiy mayın 6-da psixiatriya xəstəxanasına yerləşdirilib.

Bu barədə ictimai fəal Aleksandr Boldyrev Facebook hesabında yazıb. O bildirib ki, yerli sahə müvəkkilinin müşayiəti ilə sanitarlar onu zorla evindən aparıb və müalicə müəssisəsinə yerləşdiriblər.

Voronejdə yaşayan A.Boldyrev bildirib ki, D.Vorobyovskiy təkcə piket və mitinqlərin fəal üzvü olmayıb, o həm də VKontakte və Facebook-da fəal bloqqer idi. Boldyrev yazır ki, Vorobyovskiy-nin aparılması məhkəmə qərarı əsasında olub.

Xəstəxananın özündə bu faktı təsdiqləyiblər, amma D.Vorobyovskiy-nin hansı səbəblə gətirildiyini söyləyə bilməyiblər. Bildiriblər ki, sabah həkimlər konsilium keçirib nə edəcəkləri ilə bağlı qərar verəcəklər. Ancaq xəstəxanadan D.Vorobyovskiy-nin məhkəmə qərarı əsasında gətirildiyini təkzib ediblər.

XS
SM
MD
LG