Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:48

-

Gürcüstanın vaqonqayırma zavodu istehsal etdiyi yeni vaqonları və elektrik qatarlarını Azərbaycana satmaq niyyətindədir.

Bununla əlaqədar hazırlanan yeni təkliflər paketi Azərbaycan tərəfinə təqdim olunacaq.

AZƏRTAC-ın xəbərinə görə, bu haqda zavodun müşahidə şurasının sədri Nino Tsilosani məlumat verib.

N.Tsilosani zavodun Avropa standartlarına cavab verən yeni yük və sərnişin vaqonlarının, elektrik qatarlarının istehsalına başladığını bildirib:

«Lazım olan lisenziya alınıb. 2010-cu ildən başlayaraq çinli tərəfdaşlarımızla birgə sürətli elektrik qatarlarının istehsalını həyata keçiririk. Bu qatarlar hazırda Tbilisi-Batumi şəhərləri arasında fəaliyyət göstərir».

N.Tsilosani qeyd edib ki, zavodun məhsulları yüksək standartlara cavab verir:

«İstehsal etdiyimiz yüksəkkeyfiyyətli vaqonların qiymətləri də sərfəli olacaq. Ona görə də düşünürük ki, Bakı-Tbilisi-Qars dəmiryol layihəsi aktuallaşdıqdan sonra «Azərbaycan Dəmir Yolları» bu cür sürət qatarları, xüsusilə də yük vaqonları ilə maraqlanacaq. Biz bununla əlaqədar hazırladığımız yeni layihəni və müvafiq sənədləri Azərbaycan tərəfinə təqdim etməkdən ötrü gələn ay Bakıya səfər edəcəyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG