Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:43

«Elm haqqında» qanun yubanır


Milli Məclis
Milli Məclis

-

«Elm haqqında» qanunun qəbulu yubanır.

2009-cu ildən parlamentin gündəmində olan qanun layihəsinin bu yaxınlarda Milli Məclisin müzakirəsinə çıxarılacağı gözlənilir.

Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli modern.az-a deyib ki, qanun layihəsinin uyğun qurumların ekspertizasından keçirilməsi xeyli vaxt aparıb.

««Elm haqqında» qanun layihəsi yeni redaksiyada, bütün düzəlişlərdən sonra plenar iclasa hazırlanmaq üzrədir. Fikrimcə, qanun layihəsinin növbəti iclasların birinə çıxarılması üçün problem yoxdur. Biz təqdim etmişik, güman edirəm ki, növbəti iclasların birində gündəliyə salınacaq», - deyə komitə sədri bildirib.

Parlament mayın 31-də tətilə çıxacaq. Qanun layihəsinin bu vaxta qədər müzakirəyə çıxarılıb-çıxarılmayacağı dəqiq bilinmir

«Elm haqqında» qanun layihəsinin hazırlanması 4 ilə qədər vaxt aparıb. Layihə 2014-cü ilin əvvəlində parlamentin gündəminə gəlib. Ancaq bu layihə indiyə qədər müzakirəyə çıxarılmayıb.

XS
SM
MD
LG