Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

-

«Aprel ayında cəbhədə baş verən hadisələr zamanı insanlara dəyən ziyanın ödənilməsi və dağıntıların aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti zəruri olan bütün tədbirləri görür».

«Report»un xəbərinə görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov deyib.

Ə.Əhmədovun bildirməsinə görə, bununla bağlı hökumətin tədbirlər planı var: «Uçan bütün evlər yenidən tikiləcək. Zərərçəkən bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar. Bununla bağlı kimsənin şübhəsi olmasın. Azərbaycan hökumətinin imkanları var ki, ermənilərin atdığı top atəşlərindən zərər çəkmiş bütün evləri əvvəlkindən də daha yaxşı vəziyyətdə təmir edib sakinlərə təhvil versin».

Aprelin əvvəlləri və son günləri Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində toqquşmalar baş verib. Artilleriya zərbələri nəticəsində Tərtər və Ağdam rayonlarında bir neçə yüz evin dağıldığı bildirilir.

XS
SM
MD
LG