Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:05

«Qanunsuz» almalar yandırıldı


-

Rusiyanın Murmansk vilayətində xarici ölkələrdən idxal olunmuş təxminən 300 kq meyvə və tərəvəz məhv edilib. Bu barədə «FlashNord» agentliyi «Rosselxoznadzor»a istinadən xəbər verir.

Məlumata görə, Polşadan və Türkiyədən gətirilmiş 100 kq alma, 150 kq-dan çox şampinyon (göbələk), o cümlədən soğan-kəvər, tomat və şaftalı yandırılıb.

«Rosselxoznadzor» bildirib ki, meyvə və tərəvəz məhsulları Kola xəstə heyvanlarla mübarizə stansiyasının krematoriyasında yandırılıb. Qurum bunu ölkəyə qanunsuz gətirilmiş malların məhv edilməsi ilə bağlı prezident fərmanına uyğun yerinə yetirdiyini açıqlayıb.

2014-cü ildə Rusiya Moskvaya qarşı sanksiyaları dəstəkləyən ölkələrdən mal idxalına qadağa qoyub.

Moskva bu sanksiyalarla Ukraynanın şərqindəki hərbi əməliyyatlara və Krımın anneksiyasına görə üzləşib.

Ötən ilin noyabrında isə Rusiya təyyarəsinin Türkiyədə vurulması ilə Moskvanın Ankara ilə münasibətləri pisləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG