Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:44

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 122 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndindən Ağstafa rayonunun Köhnəqışlaq kəndi və Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki mövqeləri atəşə tutulub. Habelə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərinin vurulduğu açıqlanıb.

Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin vurulduğu qeyd edilib.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli vəŞuraabad kəndləri da atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında da bəzi məntəqələr atəşə tutulub.

Nazirlik bildirir ki, Azərbaycan ordusu da qarşı tərəfə zərbələr endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG