Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:59

-

Baş Prokurorluq «Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevə rəsmi xəbərdarlıq edib.

Prokurorluğun yaydığı məlumatdan bəlli olur ki, xəbərdarlıq qəzetdə dərc olunan yazı ilə bağlıdır.

Prokurorluğun press-relizində bildirilir ki, qəzetin 5 fevral tarixli sayında «Şamaxı da etiraz mitinqinə hazırlaşır» başlıqlı məqalə dərc olunub. Həmin məqalədə fevralın 20-də Şamaxı rayon İcra Hakimiyyətinin binasının qarşısında sosial problemlərin həll edilməməsi ilə bağlı mitinq keçiriləcəyi xəbəri verilib.

Baş Prokurorluq həmin məqalədəki yazılanları araşdırdığını, onun obyektiv reallığa əsaslanmadığı qənaətinə gəldiyini bildirir. Prokurorluq məqaləni ictimai rəyi çaşdırmaq, bölgələrdə gərginlik yaratmaq və ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş qanunsuz hərəkət kimi dəyərləndirib.

Açıqlamada qəzetin baş redaktorun birinci müavini Rahim Hacıyevin prokurorluğa dəvət edilərək ona xəbərdarlıq edildiyi bildirilir.

Jurnalistə bildirilib ki, gələcəkdə də belə məqalələr dərc olunarsa, onun barəsində inzibati və cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.

XS
SM
MD
LG