Keçid linkləri

2026, 30 May, şənbə, Bakı vaxtı 17:30

Hərbi hissələr kazarmaları tərk edib

Hərbi təlimlər
Hərbi təlimlər

-

Azərbaycanda qoşunların döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birləşmələrdə keçirilən təlimlərə cəlb edilən texnika daşınıb. Daşınma müdafiə nazirinin tapşırığına əsasən müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə həyata keçirilib.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərdə «həyəcan» siqnalı ilə qaldırılan hərbi hissələrin zirehli döyüş texnikalarının yerlərindən çıxarıldığı bildirilir. Zirehli döyüş texnikaları müvafiq istiqamətlər üzrə qısa müddətdə təlim bölgələrinə çatdırılıb.

Nazirlik döyüş texnikası və şəxsi heyətin təhlükəsizliyi üçün yollarda və marşrutlarda komendant xidmətlərinin təşkil olunduğunu qeyd edir.

This item is part of
XS
SM
MD
LG