Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:16

YAP-ın 700 mininci üzvünə bilet verildi


YAP-ın qurultayı (arxiv fotosu)
YAP-ın qurultayı (arxiv fotosu)

Hakim Yeni Azərbaycan Partiyası üzvlərinin sayının 700 minə çatdığı bildirilir.

Mayın 6-da mərkəzi qərargahda Nəsimi rayon təşkilatının üzvü Xatın Məmmədovaya partiya vəsiqəsi təqdim edilib.

YAP-ın saytı qeyd edir ki, 700 mininci olduğu bildirilən üzvə bileti partiyanın icra katibi Əli Əhmədov təqdim edib.

Ə. Əhmədov mərasimdəki çıxışında YAP-a 25 min yeni üzvün daxil olduğunu deyib.

«Bunların sırasında gənclər üstünlük təşkil edir. Bu, çox sevindiricidir. Bu gün, YAP sıralarında gəncləşmə prosesi gedir. Bu, partiyanın parlaq gələcəyindən xəbər verir. Bu gün, dövlətimizin başçısı da kadr seçimində gənclərə üstünlük verir. Azərbaycanın gəncləri YAP sıralarında özlərinin inkişafı üçün çox gözəl mühit görürlər» - Ə. Əhmədov deyib.

Hakim partiya üzvlərinin sayı barədə son statistika yanvarın sonunda açıqlanmışdı. O zaman üzvlərinin sayının 667 min nəfər olduğu bildirilmişdi.

Müqayisədə son 3 ayda YAP-a 33 min nəfərin üzv olduğu görünür.

Ancaq müxalifət partiyaları bildirirlər ki, bu sayda böyük şişirmələrə yol verilib. Müxalifət iddia edir ki, büdcə təşkilatlarında çalışanları məcburi şəkildə YAP-a üzv edirlər.

XS
SM
MD
LG