Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Moldovadakı rusiyapərəst siyasətçilər amerikalı hərbçilərin nasist Almaniyası üzərində qələbənin ildönümü ilə bağlı Kişinyovda keçiriləcək tədbirə dəvət olunmasına etiraz bildiriblər.

Bayram paradı mayın 9-da keçiriləcək.

Mayın 3-də Moldovaya 200-dək ABŞ hərbçisi gəlib.

Onlar mayın 20-dək keçiriləcək təlim məşqlərində iştirak edirlər.

Moldova Kommunist Partiyasının lideri Vladimir Voronin ABŞ-ın Moldovadakı səfiri Ceyms Pettiti mayın 9-da şəhərin mərkəzində hərbi texnikalar nümayiş etdirməməyə çağırıb.

Onun sözlərinə görə bu ağılagəlməz nəticə verə bilər.

Pettit isə bəzi moldovanların ABŞ-ın bu qələbədə rolunu unutmasından təəssüf bildirib.

XS
SM
MD
LG