Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28

Vəkil: «Palatanın qərarlarının qanuni qüvvəsi yoxdur»


Vəkil Əkrəm Həsənov

Vəkil Əkrəm Həsənov

Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarlarının heç bir qanuni qüvvəsi yoxdur. Bu haqda vəkil Əkrəm Həsənov mayın 4-də qəbul edilən kreditləşmənin çərçivə şərtləri barədə qərarı Turan-a şərh edərkən bildirib. Sözügedən qərar mayın 6-dan qüvvəyə minir.

Ə. Həsənovun fikrincə, hələlik Palatanın kredit təşkilatlarından ötrü hər hansı qaydada qərar verməyə səlahiyyəti yoxdur

«Belə ki, Palatanın Nizamnaməsinə əsasən, onun Direktorlar Şurası nəzarət etdiyi subyektlər üçün qaydaları normativ xarakterli akt formasında qəbul etməlidir. Həmin aktlar dövlət reyestrinə daxil edilməlidir. Lakin sözügedən reyestrdə Palatanın, hələlik, bir qərarı belə yoxdur», - hüquqşünas bildirib.

Bundan əlavə, «Normativ hüquqi aktlar haqqında» konstitusiya qanununda normativ xarakterli akt qəbul edə bilən qurumlar sadalanıb. Palatanın adı orada, hələlik, yoxdur.

Hüquqşünas qeyd edib ki, palata öz qərarlarını press-relizlər formasında təqdim edir.

«Hesab edirəm ki, banklar bu qərarlara riayət etməyə məcbur deyil və istisna deyil ki, sərf etmədikdə əməl etməyəcəklər də. Buna görə də Palata tezliklə öz səlahiyyətlərinin legitimliyinə nail olmalıdır», - Ə. Həsənov qeyd edib.

Palata, hələlik, belə fikirləri şərh etməyib.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin fevralında yaradılıb. Mərkəzi bankın bir sıra səlahiyyətləri ona verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG