Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:32

Ölkədə akkreditə olunana diplomatik korpusun nümayəndələri mayın 6-da Ağdam və Tərtər rayonlarına səfərə çıxıblar.

80-ə yaxın diplomatın qatıldığı səfərin məqsədi cəbhə bölgəsində mülki əhaliyə dəyən ziyanın nəticələri ilə yerində tanış olmaqdır.

Diplomatların səfər zamanı Tərtərin Qapanlı kəndində olduğu bildirilir. AZƏRTAC-ın xəbərinə görə, rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov diplomatlara cəbhədə baş verən son atışmalar zamanı dinc əhalinin üzləşdiyi çətinliklər, yaranan problemlər barədə məlumat verib.

Bildirilib ki, atəşkəsin pozulması nəticəsində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 7 nəfər mülki şəxs yaralanıb, 2 nəfər məcburi köçkün vəfat edib. Məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər yenidən evsiz qalıb.

Diplomatlar daha sonra Ağdamdakı dağıdılmış Sarıcalı kənd orta məktəbinə, oradan da Mahrızlı, Zəngişalı, Çəmənli kəndlərinə gediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG