Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:33

«Hüseyn xan Naxçıvanski. Qayıdış» sənədli filmi təqdim olunacaq


«Hüseyn xan Naxçıvanski. Qayıdış»

«Hüseyn xan Naxçıvanski. Qayıdış»

-

Mayın 11-də saat 19-da «Nizami» Kino Mərkəzində «Hüseyn xan Naxçıvanski. Qayıdış» tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Salnamə» Sənədli Filmlər Studiyası və «Lennauçfilm» studiyasında çəkilən film Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edir.

Çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan, tarixi faktlardan, arxiv materiallarından geniş istifadə olunmuş filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Hüseyn xan 1863-cü il iyulun 28-də general-mayor Kəlbalı xanın ailəsində dünyaya gəlib. O, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsidir.

On beş yaşında ikən Sankt-Peterburqdakı paj korpusu məktəbinə verilib, 1881-ci ildə məktəbi «əla» qiymətlərlə bitirib, çarın xüsusi süvari qoşununda xidmət edib.

Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Hüseyn Xan Naxçıvanskiyə 1903-cü ildə polkovnik rütbəsi, Birinci Dünya Müharibəsi cəbhələrində qazandığı qələbələrə və sərkərdəlik məharətinə görə 1916-cı ildə tam süvari qoşunu generalı rütbəsi verilib.

Xan Naxçıvanski Cənubi Qafqaz cəbhəsinin komandanı təyin edilib, Rusiyada fevral inqilabından sonra hərbi işdən uzaqlaşdırılıb.

Hüseyn xan 1919-cu ildə 56 yaşında Petroqradda (indiki Sankt-Peterburq) Müvəqqəti hökumət tərəfindən güllələnib.

Günün bütün mövzuları

XS
SM
MD
LG